“Beynəlxalq Ədalət Məhkəməsinin Ermənistanın iddiasını rədd etməsi ciddi uğurdur”

0
55
azay-quliyev-deputat-bineqedi1.jpg
Beynəlxalq Ədalət Məhkəmənin Ermənistanın Azərbaycana qarşı olan iddiasını rədd etməsi ciddi uğurdur.
Bineqedi.com saytı xəbər verir ki, bu fikirləri Binəqədi rayonundan millət vəkili Azay Quliyev bildirib.
“Bildiyiniz kimi, Beynəlxalq Ədalət Məhkəməsi Ermənistanın Azərbaycana qarşı iddiasını əsassız sayaraq rədd edib.
Söhbət Ermənistanın bu ilin 12-14 sentyabrında törətdiyi hərbi təxribatı zamanı Azərbaycan odrusu tərəfindən əsir alınan və humanitar əsasda bir jest olaraq oktyabrın 4-də İrəvana təhvil verilən 17 hərbiçiyə qarşı güya zoraklıq hallarının baş verməsi və Azərbaycanın bu sahədə qüvvədə olan beynəlxalq konvensiyanı pozması ilə bağlı Ermənistanın rəsmi iddiasının rədd edilməsindən gedir.
Baxmayaraq ki, Beynəlxalq Qırmızı Xaç Komitəsi də əsir götürülmüş ermənilərə hər hansı bir işgəncə verilmədiyini və onlarla beynəlxalq humanitar qanunların tələblərinə uyğun rəftar edildiyini təsdiq etmişdi.
Beynəlxalq Ədalət Məhkəməsinin 3 hakimi Ermənistanın bu qanunsuz tələbini dəstəkləsə də, təqdirə layiq haldır ki, Məhkəmənin 13 hakimi bu tələbi rədd etdi.
Hesab edirəm ki, ədaləti müdafiə edən həmin 13 hakimə hamımız təşəkkür etməliyik”,-deyə Azay Quliyev bildirib.
“ATƏT-in Ermənistana missiya göndərməsi qanunsuzdur. ATƏT-in hazırkı sədrliyinin və Beynəlxalq Katibliyinin “ATƏT-in ehtiyacların qiymətləndirilməsi missiyası” adlandırılan qrupun Ermənistana göndərilməsi haqqında qərarı ciddi səhvdir və qanunsuzdur.
ATƏT-də bütün qərarlar konsensusla qəbul olunur və belə bir missiyanın göndərilməsi məsələsini müzakirə və kollektiv qərar qəbul etmədən göndərmək ATƏT-in təməl prinsiplərinin kobud şəkildə pozulması deməkdir.
Belə çıxır ki, ATƏT mövcud qaydalara zidd olaraq və gizli şəkildə belə bir qərar qəbul edib və üzv ölkələrin ödədiyi büdcə hesabına bu “missiyanı” maliyyələşdirməyi planlaşdırır.
Minsk Qrupunun iflasa uğramasından sonra ATƏT-in belə bir “partizanlığa” əl atması acı təəssüf hissi doğurur və təşkilatın bir neçə dövlətin maraqları naminə istismar edildiyini göstərir.
Azərbaycan XİN-nin də açıqladığı kimi, heç bir halda bu, qrup ATƏT-in mandatına malik ola bilməz, ATƏT-lə heç bir şəkildə əlaqələndirilə bilməz.
Əminəm ki, bu qanunsuz missiyanın hər hansı bir nəticəsi və ya hesabatı təkcə Azərbaycan tərəfindən deyil, bir çox ölkələr tərəfindən də ATƏT sənədi kimi qəbul edilməyəcək”,-deyə Azay Quliyev qeyd edib.
Bineqedi.com
Əvvəlki məqaləBinəqədidə söküntünün yarımçıq qalması təhlükəli vəziyyət yaradıb – VİDEO
Növbəti məqalədəPolisə ictimai dəstək verənlər hələ də qalır? – RƏSMİ