Bu gün Əliyev, Putin və Paşinyanın görüşü olacaq

0
59
vladimir-putin-ilham-eliyev

Bu gün Rusiya, Azərbaycan və Ermənistan liderləri arasında görüş keçiriləcək.

Bineqedi.com xəbər verir ki, dövlət başçıları – İlham Əliyev, Vladimir Putin və Nikol Paşinyanın üçtərəfli görüşü Rusiyanın Soçi şəhərində baş tutacaq.

Rusiya xarici işlər nazirinin müavini Andrey Rudenko ötən gün jurnalistlərə açıqlamasında bildirib ki, oktyabrın 31-də Soçidə olacaq üçtərəfli sammit Azərbaycan və Ermənistan arasında sülh müqaviləsi bağlanmasına gedən yolda irəliləyişə imkan verəcək.

“Mənim fikrimcə, Soçi görüşündə bütün məsələlərə toxunulacaq. Ümid edirik ki, bu görüş bir sıra məsələlər barədə, o cümlədən sülh müqaviləsinin imzalanması yolunda irəliləməyə imkan verəcək”, – nazir müavini deyib.

Bundan əlavə, Rudenko ilin sonuna kimi sülh müqaviləsinin imzalanmasının ehtimalı haqqında Ermənistanın baş naziri Nikol Paşinyanın sözlərini şərh edərək vurğulayıb: “Görünür, onun belə danışması üçün hansısa əsasları var”.

Qeyd edək ki, Prezident Vladimir Putin Ermənistan və Azərbaycan liderlərini Rusiyada keçiriləcək üçtərəfli görüşə dəvət edib.

“Moskva hesab edir ki, Rusiya, Ermənistan və Azərbaycan liderləri Vladimir Putin, Nikol Paşinyan və İlham Əliyevin sabah Soçidə keçiriləcək üçtərəfli görüşü Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin bağlanmasına doğru irəliləməyə imkan verəcək”.

Bunu jurnalistlərə Rusiya xarici işlər nazirinin müavini Andrey Rudenko deyib.

“Hələ də çoxlu problemlər var. Düşünürəm ki, onların hamısı Soçidə keçiriləcək görüşdə müzakirə olunacaq. Ümid edirik ki, bu, bir sıra məsələlərin, o cümlədən sülh müqaviləsinin imzalanması yolunda hansısa formada irəliləyişə səbəb olacaq”, – Rusiya XİN rəhbərinin müavini bildirib.

Əvvəlki məqaləBinəqədidəki qətllə bağlı məhkəmə prosesi – Prokuror bu şəxsə cəza istədi
Növbəti məqalədəXocəsən qəsəbəsində şəhid Şəhriyar Qasımovun anım mərasimi keçirilib – FOTOLAR