YAP Binəqədi rayon təşkilatının təşkilatçılığı ilə şəhid övladları üçün əyləncəli proqram təşkil edilib – FOTOLAR

0
115
yap-bineqedi-tehsil-sehid-ovladlari.png
Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının təşkilatçılığı ilə 30 illik həsrətdən sonra bizlərə zəfəri bəxş edən, torpaqlarımızın azadlığı uğrunda canını fəda etmiş qəhrəman oğullarımızın, Vətən müharibəsi şəhidlərinin övladları üçün “Atrium” İdman və Əyləncə Kompleksində əyləncəli proqram təşkil edilib.
Bineqedi.com saytına verilən məlumata görə, tədbirdə YAP Binəqədi rayon təşkilatının sədr müavini Sevinc Abdullayeva, şəhid ailə üzvləri, övladları və rayon təşkilatının əməkdaşları iştirak etdilər.
Tədbirdə uşaqlar müxtəlif əyləncəli oyunlarda və şoularda iştirak etdilər. Vətən müharibəsində qəhrəmancasına şəhid olmuş Naiq Ələkbərovun övladı Ömər Ələkbərlinin doğum günü qeyd edildi, şəhid övladını təbrik edənlər ona uzun ömür, cansağlığı və xoşbəxtlik arzu etdilər.
Şəhid ailələrinin üzvləri göstərilən diqqət və qayğıya, rayon təşkilatı tərəfindən təşkil edilən bu cür layihələrə görə təşəkkür etdilər. Əyləncəli və maraqlı tədbirdən uşaqlar xoş təəssüratlarla ayrıldılar.
Sonda xatirə şəkli çəkdirildi.
Bineqedi.com
Bir 2 nəfər və içəridə şəkili ola bilər
Bir 6 nəfər və uşaq şəkili ola bilərBir 2 nəfər, uşaq, ayaqüstə duran insanlar və içəridə şəkili ola bilərBir 3 nəfər karikaturası ola bilərBir 3 nəfər, uşaq və içəridə şəkili ola bilərBir 8 nəfər, uşaq, ayaqüstə duran insanlar və içəridə şəkili ola bilərBir 2 nəfər, uşaq və ayaqüstə duran insanlar şəkili ola bilərBir 13 nəfər, oturan insanlar, ayaqüstə duran insanlar və içəridə şəkili ola bilərBir 8 nəfər, uşaq, ayaqüstə duran insanlar və içəridə şəkili ola bilər
Əvvəlki məqalə“Dövlətimizin təhsil siyasəti Binəqədi rayonunda da uğurla aparılır” – FOTOLAR
Növbəti məqalədəGələn ildən tələbə təqaüdləri 20 % artırılacaq