“Dövlətimizin təhsil siyasəti Binəqədi rayonunda da uğurla aparılır” – FOTOLAR

0
116
yap-bineqedi-tehsil.png
Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatında rayonun təhsil sahəsində fəaliyyət göstərən və yubiley yaşları qeyd olunan partiya üzvləri – 99 nömrəli tam orta məktəbin direktoru Ofelya Məmmədova və 102 nömrəli tam orta məktəbin direktoru Mailə İsmayılova ilə görüş keçirilib.
Bineqedi.com saytına verilən məlumata görə, öncə Azərbaycanın ərazi bütövlüyü, dövlət müstəqilliyi, suverenliyi uğrunda canını fəda etmiş qəhrəman oğullarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Görüşdə YAP Binəqədi rayon təşkilatının sədri Vüsar İsmayılov təhsil sahəsində çalışan partiya fəalları ilə görüşündə bildirib ki, müəllimlik çətin, eyni zamanda şərəfli və məsuliyyətli peşədir: “Hər birimizin layiqli vətəndaş kimi yetişməsində müəllimlərin əvəzsiz xidmətləri var. Ona görə bu peşə sahiblərinə daim diqqət və qayğı göstərilməli, onların fədakar əməyinə yüksək qiymət verilməlidir. Rayon təşkilatının sədrinin sözlərinə görə ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulan, bu gün dövlət başçısı İlham Əliyev tərəfindən həyata keçirilən təhsil siyasəti ölkəmizdə uğurlu təhsil islahatlarının əsasını təşkil edir. Dövlətimizin təhsil siyasəti Binəqədi rayonunda da uğurla aparılır və rayonun təhsil işçiləri istər dövlətin təhsil siyasətinin icra edilməsində, istərsə də partiyamızın ictimai-siyasi həyatında yaxından iştirak edir. Təhsil sahəsində çalışan partiya fəalları ümummilli lider Heydər Əliyev ideyalarının, irsinin yeniyetmə və gənclərə aşılanmasında, təbliğ edilməsində müstəsna xidmət göstərirlər”.
Vüsar İsmayılov çıxışında partiya fəallarını yubiley yaşları münasibətilə təbrik edərək, onlara uzun ömür, cansağlığı, fəaliyyətlərində uğurlar arzuladı.
Görüşdə partiya fəalları – Ofelya Məmmədova və Mailə İsmayılova çıxış edərək göstərilən diqqət və qayğıya görə təşəkkür ediblər.
Bildiriblər ki, hər birimiz üçün doğma olan, dövlətçiliyimizin və dahi şəxsiyyət Heydər Əliyev ideyalarının daşıyıcısı olan Yeni Azərbaycan Partiyasının üzvlüyündə bundan sonra qürurla təmsil olunacaq və partiya işində yaxından iştirak edəcəklər.
Daha sonra rayon təşkilatının fəaliyyətində fəal iştirakına görə və yubileyləri münasibətilə partiya fəalları Fəxri Fərmanla təltif olunublar.
Görüş fikir mübadiləsinin aparılması ilə yekunlaşıb.
Rayon təşkilatının sədri Vüsar İsmayılov yekun nitqində ümidvar olduğunu bildirib ki, təhsil işçiləri xalqımızın xoşbəxt həyatı üçün bütün imkanlarını bundan sonra da səfərbər edəcək, xalqımıza layiq vətəndaşların yetişdirilməsində öz xidmətlərini əsirgəməyəcəklər.
Bineqedi.com
Bir 4 nəfər, ayaqüstə duran insanlar və çiçək şəkili ola bilərBir 2 nəfər, oturan insanlar, ayaqüstə duran insanlar və içəridə şəkili ola bilərBir 2 nəfər, oturan insanlar və içəridə şəkili ola bilərBir 4 nəfər və ayaqüstə duran insanlar şəkili ola bilərBir 1 nəfər və qızılgül şəkili ola bilərBir 2 nəfər və ayaqüstə duran insanlar şəkili ola bilərBir 2 nəfər və ayaqüstə duran insanlar şəkili ola bilərBir 4 nəfər, oturan insanlar, ayaqüstə duran insanlar və içəridə şəkili ola bilər
Əvvəlki məqaləBinəqədidə daha bir yolun təmiri işləri aparılır – VİDEO
Növbəti məqalədəYAP Binəqədi rayon təşkilatının təşkilatçılığı ilə şəhid övladları üçün əyləncəli proqram təşkil edilib – FOTOLAR