Binəqədidə 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib – FOTOLAR

0
65
zefer-gunu-bineqedi-anim.png

M.Maqomayev adına 26 nömrəli Onbirillik Musiqi Məktəbində 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib.

Bineqedi.com xəbər verir ki, tədbirdə Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Sevinc Süleymanova və RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Leyla Quliyeva, Bakı şəhər Mədəniyyət Baş İdarəsinin musiqi təhsili və incəsənət sektorunun müdiri Bətulə Məmmədəliyeva və digər səlahiyyətli şəxslər iştirak ediblər.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi və torpaqlarımızın ərazi bütövlüyünün uğrunda canından keçmiş Şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə açıq elan edildi və ulu öndər Heydər Əliyevin uzaqgörən, müdrik fikirlərini, qələbəmizi əks etdirən video-çarx nümayiş olundu.

Daha sonra məktəbin müəllim və şagirdlərinin iştirakı ilə bəstəkar Üzeyir Hacıbəylinin, Fikrət Əmirovun, Səid Rüstəmovun, Cahangir Cahangirovun, Müslüm Maqomayevin, Adil Gərayın, Tofiq Bakıxanovun, Ələkbər Tağıyevin, Bəhram Nəsibovun, Əlibaba Məmmədovun, Şahin Musaoğlunun vətənpərvərlik mövzusunda əsərləri yüksək zövq ilə səsləndi.

Konsertin sonunda Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin 8 noyabr 2020-ci il tarixində Müzəffər Ordumuzun qələbə xəbərini əks etdirən tarixi çıxışı tədbir iştirakçılarına nümayiş olundu.

Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Sevinc Süleymanova və Bakı şəhər Mədəniyyət Baş İdarəsinin musiqi təhsili və incəsənət sektorunun müdiri Bətulə Məmmədəliyeva çıxış edərək bu tarixi Qələbəni bizə yaşadan Ali Baş Komandanımızın rəhbərliyi ilə rəşadətli ordumuzun əsgər və zabit heyətinə, vətən uğrunda şəhid olmuş igid oğullarımıza və qazilərimizə minnətdar olduğumuzu vurğuladılar. Şəhidlərimizin ailələrinə Uca Tanrıdan səbr, yaralı qazilərimizə şəfa dilədilər, tədbir iştirakçılarını və gənc musiqiçiləri Zəfər Günü münasibətilə və uğurlu çıxışlarına görə təbrik etdilər, gənc istedadlara və onların müəllimlərinə yeni-yeni müvəffəqiyyətlər arzu etdilər.

Sonda Sevinc Süleymanova Binəqədi Rayon İcra Hakimiyyəti başçısının Sərəncamı ilə 65 illik yubileyi və rayonun mədəni- kütləvi tədbirlərindəfəal fəal iştirakına görə Fəxri Fərmanı Gülşən xanıma təqdim etdi və şərəfli fəaliyyətində ona uğurlar arzu etdi.

Bineqedi.com

Bir 7 nəfər, ayaqüstə duran insanlar və içəridə şəkili ola bilərŞəkilin açıqlaması yoxdur.Bir 7 nəfər, oturan insanlar və ayaqüstə duran insanlar şəkili ola bilərBir 12 nəfər, ayaqüstə duran insanlar, içəridə və bunu deyən yazı "Zafar" şəkili ola bilərBir 6 nəfər, ayaqüstə duran insanlar, musiqi alətlərində ifa edən insanlar və içəridə şəkili ola bilərBir 2 nəfər, musiqi alətlərində ifa edən insanlar və içəridə şəkili ola bilərBir 2 nəfər, ayaqüstə duran insanlar və içəridə şəkili ola bilərBir 1 nəfər, musiqi alətində ifa edir və içəridə şəkili ola bilərBir 3 nəfər, ayaqüstə duran insanlar, musiqi alətlərində ifa edən insanlar və içəridə şəkili ola bilərBir 5 nəfər, musiqi alətlərində ifa edən insanlar, ayaqüstə duran insanlar və içəridə şəkili ola bilərBir 7 nəfər, uşaq, ayaqüstə duran insanlar, musiqi alətlərində ifa edən insanlar və içəridə şəkili ola bilərBir 3 nəfər, ayaqüstə duran insanlar, musiqi alətlərində ifa edən insanlar və içəridə şəkili ola bilərBir 1 nəfər şəkili ola bilərBir 5 nəfər, ayaqüstə duran insanlar, musiqi alətlərində ifa edən insanlar və içəridə şəkili ola bilərBir 9 nəfər, ayaqüstə duran insanlar, musiqi alətlərində ifa edən insanlar və içəridə şəkili ola bilərBir 2 nəfər, ayaqüstə duran insanlar, musiqi alətlərində ifa edən insanlar və içəridə şəkili ola bilərBir 8 nəfər, ayaqüstə duran insanlar və oturan insanlar şəkili ola bilərBir 7 nəfər, ayaqüstə duran insanlar, musiqi alətlərində ifa edən insanlar və içəridə şəkili ola bilərBir 7 nəfər, ayaqüstə duran insanlar və içəridə şəkili ola bilər

Əvvəlki məqaləBinəqədili gənclər Vətən müharibəsi iştirakçısı, qazi Əfqan Zamanovla görüşüblər – FOTOLAR
Növbəti məqalədəXocalıya aid yeni şeir – “Alındı 44 günə, Xocalının qisası”