2023-cü ildə icbari tibbi sığorta üzrə xidmətlər zərfində dəyişiklik edilməsi nəzərdə tutulur.
Bineqedi.com saytı Trend-ə istinadən xəbər verir ki, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin direktoru Zaur Əliyev noyabrın 10-da Milli Məclisin İctimai birliklər və dini qurumlar, Elm və təhsil, Ailə, qadın və uşaq məsələləri, Səhiyyə, Mədəniyyət komitələrinin birgə iclasında 2023-cü ilin dövlət büdcəsinin müzakirələri zaman deyib.
Onun sözlərinə görə, növbəti il orqan köçürmələri, ürək və damar çatışmazlığı üzrə əməliyyatlar və digər əməliyyatlar xidmətlərin zərfinə daxil edilməsi və həmin əməliyyatlar üzrə say limitinin artırılması nəzərdə tutulur.
Xatırladaq ki, Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsi haqqında” qanun layihəsi oktyabrın 24-də Milli Məclisə daxil olub.
Layihədə 2023-cü il üçün dövlət büdcəsinin gəlirləri 30,7 milyard manat proqnozlaşdırılır ki, bu da ölkə tarixinin ən yüksək göstəricisi olmaqla, 2022-ci illə müqayisədə 5,2 faiz, 2021-ci illə müqayisədə isə 16,4 faiz çoxdur.
Bineqedi.com