Şəhid Ramiz İmamverdi oğlu Ağayevin anım mərasimi keçirilib – FOTOLAR

0
121
bineqedi-sehid-anim
II Fəxri Xiyabanda Vətən müharibəsi şəhidi – Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının çavuşu Ramiz İmamverdi oğlu Ağayevin şəhadətinin ikinci ildönümü münasibətilə anım mərasimi qeyd edilib.
Bineqedi.com xəbər verir ki, anım mərasimində şəhidin ailə üzvləri, yaxınları, Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Elxan Allahverdiyev, Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının sədri Vüsar İsmayılov, Rayon İcra Hakimiyyəti başçısının müavinləri, Aparatın şöbə müdirləri, xüsusi xidmət orqanlarının nümayəndləri, Rayon İcra Hakimiyyəti başçısının nümayəndələri, bələdiyyə sədrləri, Binəqədi rayon Gənclər və İdman İdarəsinin əməkdaşları və rayon ictimaiyyəti iştirak edirdilər.
Mərasimdə şəhidlərimizin ruhuna dualar oxundu, məzarı üzərinə əklil və tər güllər düzüldü.
Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyev Vətən müharibəsində qəhrəmancasına döyüşərək, Azərbaycan bayrağını işğaldan azad olunan torpaqlarımızda dalğalandıran, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda edən əsgər və zabitlərimizi, bütün şəhidlərimizi dərin ehtiramla yad edərək qeyd etdi ki, 44 günlük Vətən müharibəsində güclü xalq, güclü dövlət və məğrur Ali Baş Komandanın birgə mübarizəsi qələbəni şərtləndirən əsas amildir. Əsgərləri üçün öz sinələrini sipər edlb ən yüksək ali məqama yüksələn oğullarımız bizim qürur mənbəyimizdir. Onların bu qəhrəmanlıqları əbədi olaraq xalqımızın qəlbində yaşayacaq, gələcək nəsillərə bir örnək olacaqdır. Xalqımız bu oğullarımız ilə fəxr edir.
Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının sədri Vüsar İsmayılov Ali Baş Komandan cənab İlham Əliyevin müdrik hərbi strategiyası əsasında Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsi zamanı rəşadət və şücaət göstərərək düşmənin 30 ildən artıq davam edən hərbi təcavüzünə son qoymaqla Vətən və xalq qarşısında olan şərəfli vəzifəsini layiqincə yerinə yetirdiyindən bəhs etdi.
Şəhidin valideynləri övladlarının belə şərəfli yolda, Vətən uğrunda qəhrəmancasına şəhid olmasından fəxr duyduqlarını diqqətə çatdırdılar və onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya dərin təşəkkürlərini və minnətdarlıqlarını bildirdilər.
Azərbaycan xalqı igid oğullarını heç bir zaman unutmur, onların xatirəsini həmişə qürur hissi ilə yad edir.
Bineqedi.com
Bir 7 nəfər, ayaqüstə duran insanlar və açıq hava şəkili ola bilərBir 12 nəfər, ayaqüstə duran insanlar və açıq hava şəkili ola bilər
Bir 6 nəfər, ayaqüstə duran insanlar və açıq hava şəkili ola bilər
Əvvəlki məqaləKonstitusiyanın qəbul edilməsi önəmli addımlardan biri idi
Növbəti məqalədəMən niyə dedim ki, “Qarabağ Ermənistandır və nöqtə”? – Paşinyan aydınlıq gətirdi