Binəqədidə zoomağazadan 8 tutuquşu oğurlanıb

0
56
bineqedi-rayon-polis-idaresi-43-polis-bolmesi-qirxucuncu1

Bakıda zoomağazadan 8 tutuquşu, yem, qəfəs, kassa aparatı və pos-terminal oğurlanıb.

Bineqedi.info xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Binəqədi RPİ 43-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində qəsəbə ərazisindən “Zil” markalı avtomobili qaçırmaqda şübhəli bilinən yetkinlik yaşına çatmayan 3 nəfər saxlanılıb.

Araşdırmalarla onların M.Ə.Rəsulzadə qəsəbəsindəki zoomağazaların birindən 1000 manat dəyərində 8 ədəd tutuquşu, yem, qəfəs, kassa aparatı və posterminal oğurlamaları da müəyyən olunub.

Bineqedi.info

Əvvəlki məqaləBinəqədidə narkotik aludəçisi olan ana 4 körpəsini evdə qoyaraq qaçıb? – VİDEO
Növbəti məqalədəElxan Allahverdiyevin 9-cu mikrorayon sakinləri ilə səyyar qəbulu keçirilib – FOTOLAR