6 nömrəli Onbirilik İncəsənət Məktəbinin yubileyinə həsr olunmuş kitabın təqdimatı olub – FOTOLAR

0
63
bineqedi-kitab
Azərbaycan Milli Konservatoriyasında böyük Azərbaycan bəstəkarı F. Əmirovun anadan olmasının 100 illik yubileyi və adını daşıdığı 6 nömrəli Onbirilik İncəsənət Məktəbinin təsis olmasının 60 illik yubileyinə həsr olunmuş kitabın təqdimat mərasimi keçirilib.
Bineqedi.com saytı xəbər verir ki, kitab məktəbin direktoru professor Adilə Yusifovanın rəhbərliyi ilə məktəbin nəzəriyyə şöbəsinin müəllimləri – K.İsgəndərova, A.Manafova, R.Adıgözəlova tərəfindən tərtib edilmişdir.
Tədbirin əvvəlində məktəbin nəzəriyyə şöbəsinin müəllimi A.Manafova yeni nəşr olunmuş kitab haqqında məlumat verdikdən sonra, məktəbin tarixi yolunu şərh edən video-slayd nümayiş edildi. Məktəbdə müxtəlif illərdə keçirilən əhəmiyyətli tədbirlər dinləyicilərin nəzərinə çatdırıldı. Daha sonra məktəbin məzunları, hazırda isə müəllimləri kimi fəaliyyət göstərən kollektiv “ənənələr nəsillərdən nəsillərə ötürülür” şüarı ilə səhnədə maraqlı proqramla çıxış etdilər. Daha sonra səhnədə məktəbin istedadlı şagirdlərdən ibarət komanda yer alaraq böyük bəstəkarın əsərlərindən ibarət musiqi çələngi təqdim etdilər.
Təqdimat mərasimində Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin rəis müavini Nazim Əliyev, böyük bəstəkar F.Əmirovun qızı Sevil xanım Əmirova, Azərbaycan Milli Konservatoriyasının rektoru Siyavuş Kərimi, Binəqədi Rayonu İcra Hakimiyyəti başçısının müavini Sevinc Süüleymanova, Binəqədi Rayonu Yeni Azərbaycan Partiyasının sədr müavini Sevinc Abdullayeva, Azərbaycan Milli Konservatoriyasının elmi işlər üzrə prorektoru Lalə Hüseynova, Azərbaycan Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Adil Atakişiyev, Azərbaycan musiqisi mədəniyyətin tanınmış simaları, Bakı şəhər musiqi, incəsənət məktəblərinin direktorları və məktəbin qocaman məzunları iştirak edirdilər.
Bir ‎1 nəfər, ayaqda, çiçək, içəridə və ‎bunu deyən yazı "‎שת RAYON İCRA HAKİMI‎"‎‎ şəkili ola bilərBir 8 nəfər, uşaq, ayaqüstə duran insanlar və içəridə şəkili ola bilərBir 7 nəfər, ayaqüstə duran insanlar və içəridə şəkili ola bilərBir 7 nəfər, uşaq, ayaqüstə duran insanlar və içəridə şəkili ola bilərBir 2 nəfər, ayaqüstə duran insanlar, musiqi alətlərində ifa edən insanlar və içəridə şəkili ola bilərBir 1 nəfər və içəridə şəkili ola bilərBir 1 nəfər və musiqi alətində ifa edir şəkili ola bilərBir 9 nəfər, ayaqüstə duran insanlar və içəridə şəkili ola bilərBir 8 nəfər, oturan insanlar və içəridə şəkili ola bilər
Əvvəlki məqalə“Yeni Azərbaycan Partiyası ümumxalq partiyasına çevrilib”
Növbəti məqalədəYeni Azərbaycan Partiyasının yaradılmasının 30 illiyi münasibətilə tədbir keçirilib