Binəqədidə mağazaya basqın olub

0
81
bineqedi-rayon-polis-bolmesi

Bakıda mağazaya basqın olub.

Bineqedi.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, Binəqədi Rayon Polis İdarəsinin 43-cü Polis Bölməsinə noyabrın 23-də saat 7 radələrində Binəqədi qəsəbəsi ərazisindəki marketlərdən birinə gələn şəxsin oradakı iki satıcını bıçaqla hədələyib quldurluq yolu ilə pul və ərzaq məhsulları talaması barədə məlumat daxil olub.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər dələduzluğa və soyğunçuluğa görə məhkum olunmuş Ramin Mirzəyev müəyyən edilərək saxlanılıb.

Fakt üzrə Binəqədi Rayon Polis İdarəsində araşdırma aparılır.

Bineqedi.com

Əvvəlki məqaləBinəqədi Gənclər Evində “Yüksəl” təcrübə proqramının bağlanış mərasimi keçirilib
Növbəti məqalədəBinəqədinin sabiq prokurorun məhkəməsi başlayıb