Binəqədi Rayon İcra Hakimiyyətində 2022-2023-cü illərin payız-qış mövsümünə hazırlıq və qarşıda duran vəzifələrlə əlaqədar müşavirə keçirilib.
Bineqedi.com xəbər verir ki, iclasda Rayon İcra Hakimiyyəti başçısının müavinləri, RİH başçısı Aparatının şöbə müdirləri, Rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin, idarə və müəssisələrin rəhbərləri iştirak edirdilər.
Binəqədi Rayon İcra Hakimiyyətinin başçısının birinci müavini Leysan Məmmdəovun sədrliyi ilə keçirilən müşavirədə payız-qış mövsümündə hava şəraitinin kəskin dəyişəcəyi zaman hər bir təşkilatın konkret fəaliyyətini müəyyən edən “Tədbirlər planı” müzakirə olundu.
Müşavirədə Rayon İcra Hakimiyyətinin başçısı Aparatının Təsərrüfat şöbəsinin müdiri Azər Kərimov, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Nicat Allahverdiyev çıxış edərək müvafiq müəssisələrdəki vəziyyət haqqında ətraflı məlumat verərək rayon təsərrüfatının payız-qış mövsümündə normal fəaliyyətinin təmin edilməsi üçün zəruri tədbirlərin həyata keçirilməsinin vacibliyini, bütün təsərrüfat subyektlərində qışa hazırlığa dair təxirəsalınmaz tədbirlərin görülməsi barədə tövsiyyə və tapşırıqları nəzərə çatdırdılar və bu işlərin şəhər üzrə yaradılmış Qərərgah tərəfindən koordinasiya olunduğunu bildirdilər.
Müşavirədə mövsümə hazırlıq məsələləri ilə bağlı aparılan ilkin yoxlamalar zamanı çatışmazlıqların aradan qaldırılması üçün və payız-qış mövsümündə rayonun ərazisinə nəzarətin gücləndirilməsi məqsədilə rayon müvafiq cavabdeh ərazilərə bölünərək hər bir ərazi üzrə məsul şəxslərə müvafiq tapşırıqlar verildi. İclasın sonunda rayon təsərrüfatının 2022-2023-cu ilin payız-qış mövsümünə hazırlığın yekununun vəziyyəti ilə əlaqədar müzakirələr və fikir mübadiləsi aparılmışdır. Müzakirələr zamanı məsələlərin həlli ilə bağlı aidiyyəti qurumların rəhbərlərinə müvafiq tapşırıqlar verilmişdir.
Bineqedi.com






