Gülüstanda “Ford” piyadanı vurdu

0
25

Binəqədi rayonunda piyadanın xəsarət almasına səbəb olan yol qəzası baş verib.

Bineqedi.info Oxu.Az-a istinadən xəbər verir ki,  Gülüstan qəsəbəsi D 11 ünvanında “99 ER 042” dövlət nömrə nişanlı “Ford” markalı minik avtomobili yolu keçmək istəyən piyada, 27 yaşlı Qədirov Xəzər Qürbət oğlunu vurub.

Yaralı dərhal xəstəxanaya yerləşdirilib.

Ona qapalı kəllə-beyin travması diaqnozu qoyulub.

Faktla bağlı Binəqədi Rayon Polis İdarəsində araşdırma aparılır.

Əvvəlki məqaləBinəqədi Rayon Polis İdarəsinin əməkdaşlarına minnətdarlıq – Nazirə məktub
Növbəti məqalədəBeynəlxalq layihənin iştirakçıları Binəqədi Gənclər Evində olublar