Binəqədidə şəhidimizin qızının doğum günü qeyd edilib – FOTOLAR

0
87
bineqedi-sehid-anim-yap.png
Azərbaycan Silahlı Qüvvələrinin baş leytenantı, Vətən müharibəsinin şəhidi Qənbər Bəhruz oğlu Qənbərlinin övladı Melisa Qənbər qızı Qənbərlinin doğum günü qeyd edilib.
Bineqedi.com saytına verilən məlumata görə, Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatı tərəfindən Azərbaycan Silahlı Qüvvələrinin baş leytenantı, Vətən müharibəsinin şəhidi “Azərbaycan Ordusunun 100 illiyi” , “Vətən uğrunda” , “Kəlbəcərin azad olunmasına görə” medalları və 3-cü dərəcəli “Rəşadət” ordeni ilə təltif olunmuş Qənbər Qənbərlinin qızı Melisa Qənbərlinin doğum günü qeyd edilib.
YAP Binəqədi rayon təşkilatının sədr müavini Sevinc Abdullayeva və bir qrup əməkdaş və gənclər şəhid övladını doğum günü münasibətilə təbrik edib və gələcək həyatında uğurlar arzulayıb. Daha sonra dövlətimizin başçısı cənab İlham Əliyevin hər zaman şəhid ailələri və qazilərimizə göstərdiyi diqqət və qayğıdan danışıb.
Şəhidin ailə üzvləri göstərilən diqqət və qayğıya görə təşəkkürlərini bildiriblər.
Bineqedi.com
Bir 4 nəfər, uşaq, ayaqüstə duran insanlar, şar və içəridə şəkili ola bilərBir 5 nəfər, oturan insanlar və içəridə şəkili ola bilərBir 1 nəfər, uşaq, ayaqda, tort və içəridə şəkili ola bilərBir 4 nəfər, ayaqüstə duran insanlar, şar və içəridə şəkili ola bilərBir 1 nəfər, uşaq, tort və içəridə şəkili ola bilərBir 1 nəfər, uşaq, ayaqda, tort və içəridə şəkili ola bilər
Əvvəlki məqaləBinəqədi Rayon İcra Hakimiyyəti başçısının Binəqədi qəsəbəsində səyyar qəbulu keçirilib – FOTOLAR
Növbəti məqalədəİrəvan Müəllimlər Seminariyası haqqında monoqrafiya təqdim edilib – FOTOLAR