İrəvan Müəllimlər Seminariyası haqqında monoqrafiya təqdim edilib – FOTOLAR

0
47
yap-bineqedi-teqdimat-irevan.png
Yeni Azərbaycan Partiyası (YAP) Binəqədi rayon təşkilatında pedaqoji elmlər doktoru, professor Həsən Bayramovun “İrəvan Müəllimlər Seminariyası: milli maarifçiliyin genezisi və prioritetlərin paradiqması” monoqrafiyasının təqdimatı olub.
Bineqedi.com saytına verilən məlumata görə, tədbirdə çıxış edən YAP Binəqədi rayon təşkilatının sədri Vüsar İsmayılov kitabın tarixi əhəmiyyətindən, XX əsrin əvvəllərində İrəvan şəhərində fəaliyyət göstərən İrəvan Müəllimlər Seminariyasının milli təhsil tariximizdə yeri və rolundan söz açıb. O, Prezident İlham Əliyevin “İrəvan Müəllimlər Seminariyasının 140 illiyinin qeyd edilməsi haqqında” Sərəncamını xatırladıb, monoqrafiyanın təhsil tariximizin şərəfli bir səhifəsinin daha ətraflı öyrənilməsində, tədqiq və təbliğ olunmasında əhəmiyyətini qeyd edib.
Tədbirdə professorlar İbrahim Bayramov, Elza Mollayeva, İslam Qəribli, Zakir Məmmədəliyev “İrəvan Müəllimlər Seminariyası haqqında monoqrafiyanın başlıca məziyyətləri”, “İrəvan dini maarifçiliyi haqqında”, “Azərbaycan maarifçiliyinin inkişafında İrəvan müəllimlər Seminariyasının rolu”, “Azərbaycan maarifçiliyinin nəzəri əsaslarına dair ciddi tədqiqat” və Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Sevinc Süleymanova “Həsən Bayramov ictimaiyyətçi ziyalı və tədqiqatçı alim kimi” mövzularda məruzələrlə çıxış ediblər.
Vurğulanıb ki, monoqrafiya milli maarifçilik hərəkatının aparıcı qüvvəsi olan İrəvan Müəllimlər Seminariyası onun azərbaycanlı müəllim və tələbələri haqqında dolğun məlumatları özündə əks etdirir. Həmçinin monoqrafiya milli təhsil, pedaqoji fikir, maarifçilik və milli mədəniyyət tariximizin və kimliyimizin parlaq səhifələrindən birini təşkil edən İrəvan Müəllimlər Seminariyası haqqında məlumatların gələcək nəsillərə çatdırılmasında mühüm rol oynayacaq.
Professor Həsən Bayramov kitabın Prezident İlham Əliyevin “İrəvan Müəllimlər Seminariyasının 140 illiyinin qeyd edilməsi haqqında” Sərəncamının icrasından ruhlanaraq yazıldığını diqqətə çatdırıb. O, İrəvan Müəllimlər Seminariyasının Azərbaycan təhsilində xüsusi yerini və əhəmiyyətini vurğulayaraq təhsil ocağının fəaliyyətinin bərpa edilməsi təşəbbüsü ilə çıxış edib: “İctimai-siyasi və milli əhəmiyyətini nəzərə alaraq İrəvan Müəllimlər Seminariyasının Bakıda fəaliyyətinin bərpa edilməsi, eyni adlı seminariyanın ölkəmizdə fəaliyyət göstərməsinin vacibdir. Hələ vaxtı ilə ümummilli lider Heydər Əliyev İrəvan Azərbaycan Dövlət Dram Teatrının fəaliyyətini bərpa edib, ona ayrıca bina verib. Şirvan şəhəri respublika statuslu yeganə şəhərdir ki, orada ali məktəb yoxdur. Həmin seminariyanın Şirvan şəhərində açılması məqsədəuyğun olardı”.
Sonda Həsən Bayramov tədbirin təşkilatçılarına və iştirakçılarına minnətdarlığını bildirib.
Bineqedi.com
Bir 4 nəfər, ayaqüstə duran insanlar və oturan insanlar şəkili ola bilərBir 3 nəfər və oturan insanlar şəkili ola bilərBir 3 nəfər, oturan insanlar və kostyum şəkili ola bilərBir 6 nəfər və ayaqüstə duran insanlar şəkili ola bilərBir 3 nəfər və oturan insanlar şəkili ola bilərBir 3 nəfər, oturan insanlar, ayaqüstə duran insanlar və kostyum şəkili ola bilər
Əvvəlki məqaləBinəqədidə şəhidimizin qızının doğum günü qeyd edilib – FOTOLAR
Növbəti məqalədəAzərbaycanla Türkiyə İranla sərhəddə də təlimlər keçirir – VİDEO