“Onların adı sülhməramlı yox, sülənənməramlıdır” – Deputat

0
84
rusiya-sulhmeramli-xankendi

Terrorçuları maliyyələşdirənlər elə Amerika, Fransa və Rusiyadır.

Bu barədə deputat Aqil Abbas Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə, İqtisadi siyasət, sənaye və sahibkarlıq komitələrinin birgə iclasında bildirib.

“Sadəlövh olmayaq. Biz burada deyirik ki, İran terrora dəstək verir, amma bilirik ki, illərlə terrora dəstək verən ölkələr hansılardır. Rusiya terrorçulara silah verir. Bir tərəfdən Azərbaycan ərazilərində sülhməramlıları yerləşdiriblər. Onların adı sülhməramlı yox, sülənənməramlılardır. Düzgün adlarını deməkdən çəkinməli deyilik. Bəzən kimin nə etdiyini deməyə, adlar çəkməyə çəkinirik. İran İslam dövləti deyil, yezidlərdir. Onların şiəliyə, İmam Hüseynə aidiyyəti yoxdur”, – deyə deputat çıxışında vurğulayıb.

Rusiya sülhməramlı qüvvələri Azərbaycanın media nümayəndələrini Xocalı ərazisinə buraxmayıblar.

Əvvəlki məqaləBinəqədidə atası və anası narkoman olan 4 azyaşlı evdə kimsəsiz qalır? – VİDEO
Növbəti məqalədəTürkiyə hər zaman Azərbaycanın yanındadır…