Vətən müharibəsi şəhidi Turan Şərifovun şəhadətinin ikinci ildönümüdür

0
256
sehid-anim-bineqedi.png
II Fəxri Xiyabanda Vətən müharibəsi şəhidi Turan Vidadi oğlu Şərifovun şəhadətinin ikinci ildönümü münasibətilə məzarı ziyarət olunub.
Bineqedi.com saytına verilən məlumata görə, anım mərasimində şəhidimizin ailə üzvləri, yaxınları, Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Elxan Allahverdiyev, millət vəkili Azay Quliyev, Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının sədri Vüsar İsmayılov, Rayon İcra Hakimiyyəti başçısının müavinləri, Aparatın şöbə müdirləri, xüsusi xidmət orqanlarının rəhbərləri və rayon ictimaiyyəti iştirak edirdilər.
Mərasimdə şəhidlərimizin ruhuna dualar oxundu, məzarı üzərinə əklil və tər güllər düzüldü.
Şəhidlərimizin əziz xatirəsini yad edərək onların valideynlərinə və yaxınlarına ehtiramını bildirən Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Elxan Allahverdiyev qeyd etdi ki, Azərbaycan xalqı şəhidlərimizin əziz xatirəsini hər zaman uca tutacaq, ehtiramla anacaqdır. 44 günlük Vətən müharibəsi dövlətimizin gücünün, xalqımızın milli iradəsinin və həmrəyliyinin təntəsinə çevrilərək torpaqlarımızın işğaldan azad olunması, pozulmuş ərazi bütövlüyümüzün bərpası ilə nəticələndi. Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə müzəffər Azərbaycan Ordusu tariximizin şərəf və qəhrəmanlıq səhifəsi olan Aprel döyüşlərindən başlamış Zəfər yürüşünü 44 günlük müharibədə layiqincə davam etdirib uğurla başa vurdu.
Anım tədbirində şəhidin atası və ailə üzvləri övladları, igid el oğulları ilə fəxr etdiklərini, onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya dərin təşəkkürlərini və minnətdarlıqlarını bildirdilər.
Bineqedi.com
Bir 6 nəfər, ayaqüstə duran insanlar, çiçək və açıq hava şəkili ola bilərBir 10 nəfər, ayaqüstə duran insanlar və açıq hava şəkili ola bilərBir 6 nəfər, ayaqüstə duran insanlar, ağac və açıq hava şəkili ola bilər
Əvvəlki məqaləBinəqədidə təqaüdçülərin kartından pul ələ keçirməkdə şübhəli bilinən şəxs tutulub
Növbəti məqalədəPensiya ilə bağlı bu layihə təsdiqləndi