Niyə Binəqədidə tez-tez işıq sönür? – AÇIQLAMA

0
98
bineqedi-kendi-binegedi-kend-bineqedi-qedim-bineqedi

Binəqədi rayon sakinləri elektrik enerjisinin verilməsində yaranan problemlərdən narazıdırlar.

Bildirilib ki, rayonun Binəqədi qəsəbəsində işıqla bağlı problem hələ də davam edir:

“Artıq 2023-cü il gəlir, amma “Azərişıq” ASC Binəqədi qəsəbəsinin işıq problemini həll edə bilmir. Külək əsib, yağış yağan kimi Binəqədidə işıq sönür. 30 ilə yaxındır ki, qəsəbədə yaşayırıq. Təxminən 10 il əvvələ qədər, demək olar, hər gün, bu illər ərzində isə ən azından ayda üç dəfə işığımız sönür. ASC-nin “199” qəza xidmətinə zəng etdikdə isə bildikləri bir söz var: “Qəza baş verib”.

Amma araşdırılmır ki, niyə bir qəsəbədə bu qədər qəza baş verir?”

Bineqedi.com saytı xəbər verir ki, məsələ ilə bağlı “Azərişıq” ASC-nin mətbuat xidmətinin sözçüsü Vaqif Aydınoğlu oxu.az-a açıqlamasında bildirib ki, bu, tamamilə əsassız iddiadır:

“Bir şəxs bütün Binəqədi rayonu ərazisi adından belə iddia ilə çıxış edə bilməz. Bəli, Binəqədi qəsəbəsindəki Gülüstan küçəsində səhər saat 05 radələrində qəza olub və elə səhər saatlarında da aradan qaldırılıb”.

Əvvəlki məqaləVüsar İsmayılov: “Zəfər paradı xalqımızın qələbəsinin təntənəli göstərişi idi”
Növbəti məqalədəBank dələduzluğunun növbəti üsulu aşkarlanıb – 3 rəqəmli nömrələrdən zəng edirlər