Xocalıya aid yeni şeir – “Alındı 44 günə, Xocalının qisası”

0
573
xocaliya-aid-seir-veten-murabiesine-aid-seir-xocali-2022-xocali-soyqirimi.png

Qisasını almışıq 

Xocalı qisasını
Alıbdır igidlərim.
Artıq Zəfər marşını
Çalıbdır igidlərim.

Xocalı soyqırımı,
Yaddan çıxmaz heç zaman.
Günahsız insanlara,
Düşmən verməmiş aman.

Alındı 44 günə,
Xocalının qisası.
Qazandığımız Zəfər,
Babaların mirası.

İgid oğullarımız,
Tarix unutmaz Sizi.
Bizə Zəfər yaşadıb,
Tarixdə qoyduz izi.

Müəllif: Nicat İsmayılov 

Gözün aydın, ey Vətən

Vətən müharisində,
Qələbə qazanmışıq.
İgidlərlər fəxr edib,
Şəhidləri anmışıq.

*
Gözün aydın, ey Vətən,
Sağalır yaraların.
Gör necə qəhrəmandır,
Oğulların, qızların.

*
Dəmir yumruq hər zaman,
Yerində olacaqdır.
Düşmən ağıllanmasa,
Cavabın alacaqdır.

Müəllif: Nicat İsmayılov 

 

Düşmənə dağ çəkmişik

Çiçək açır, gül açır,
O gözəl Qarabağım.
İgidlər tarix yazıb,
Azad olub torpağım.

*
44 gün gecə-gündüz,
Apardıq mübarizə.
Düşmənə dağ çəkmişik,
Həsədlə baxır bizə.

*
Şəhidləri anırıq,
Qazilər baş tacımız.
Onların sayəsində
Bitdi bütün acımız.

*
Xalqım qalib Xalq kimi,
Daima yaşayacaq.
Qarabağ əvvəlkitək
Cənnət diyar olacaq.

Müəllif: Nicat İsmayılov 

Əvvəlki məqaləBinəqədidə 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib – FOTOLAR
Növbəti məqalədəPrezident İlham Əliyev Şuşada hərbçilər qarşısında çıxış edib – FOTOLAR