Elxan Allahverdiyevin M.Ə.Rəsulzadə qəsəbə sakinləri ilə səyyar qəbulu keçirilib – FOTOLAR

0
87
elxan-allahverdiyev-resulzade-qesebesi-qebul.png
Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyevin M.Ə.Rəsulzadə qəsəbə sakinləri ilə səyyar qəbulu keçirilib.
Bineqedi.com saytı xəbər verir ki, görüşdə YAP Binəqədi rayon təşkilatının sədri Vüsar İsmayılov, Rayon İcra Hakimiyyəti başçısının müavinləri, Aparatın məsul şəxsləri, bələdiyyə, qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyin, xidmət sahələrinin rəhbərləri iştirak edirdilər.
Rayon İcra Hakimiyyəti başçısı ölkə rəhbərinin tapşırıq və tövsiyələri əsasında respublikamızda aparılan sosial-iqtisadi islahatlar, əhalinin rifah halının yüksəlməsi istiqamətində görülən işlər barədə vətəndaşlara ətraflı məlumatlar verdi. Qəsəbə sakinləri bundan öncəki görüşlərdə qaldırılmış problemlərin müsbət həlli ilə bağlı dövlət başçısına öz təşəkkürlərini bildirdilər.
Daha sonra RİH başçısı Elxan Allahverdiyev görüşdə iştirak edən sakinlərin Ramiz Aboyev adına olan parkın işıqlandırılması, Ruslan Tağıyev və Ağ saray (Koroğlu küçəsi, keçid 4) küçəsinə ünvan lövhələrinin vurulması və abadlıq işlərinin görülməsi, yerüstü keçiddə eskalatorun işləməməsi, Zəngəzur küçəsində magistral kanalizasiya xəttinin çəkilməsi, İ.Hacıyev küçəsində yerləşən ünvanlarda elektrik enerjisinin zəif olması ilə bağlı müraciətlərini dinlədikdən sonra qaldırılan məsələlərin həlli istiqamətində müvafiq tədbirlərin görülməsi ilə əlaqədar aidiyyəti qurumlara müvafiq tapşırıqlar verdi.
Bineqedi.com
Bir 12 nəfər, oturan insanlar və ayaqüstə duran insanlar şəkili ola bilərBir 11 nəfər, ayaqüstə duran insanlar, oturan insanlar və içəridə şəkili ola bilərBir 10 nəfər, ayaqüstə duran insanlar, oturan insanlar və içəridə şəkili ola bilərBir 13 nəfər, oturan insanlar, ayaqüstə duran insanlar və içəridə şəkili ola bilərBir 11 nəfər, oturan insanlar və ayaqüstə duran insanlar şəkili ola bilərBir 6 nəfər, oturan insanlar, ayaqüstə duran insanlar və içəridə şəkili ola bilərBir 11 nəfər, oturan insanlar və ayaqüstə duran insanlar şəkili ola bilərBir 14 nəfər, oturan insanlar, ayaqüstə duran insanlar və içəridə şəkili ola bilərBir 13 nəfər və oturan insanlar şəkili ola bilərBir 9 nəfər, ayaqüstə duran insanlar, oturan insanlar və içəridə şəkili ola bilərBir 11 nəfər, ayaqüstə duran insanlar, oturan insanlar və içəridə şəkili ola bilər
Əvvəlki məqaləAzərbaycan Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi ərazilərdə monitorinqə başlayır
Növbəti məqalədəBinəqədi rayonunda “Xilaskar ömrü” adlı tədbir keçirilib – FOTOLAR