Azərbaycanın qeyri-hökumət təşkilatlarının (QHT) nümayəndələri Şuşada Rusiya sülhməramlılarının postunun yaxınlığında azərbaycanlı mütəxəssislərin yataqların qeyri-qanuni istismarı ilə bağlı monitorinq aparmaq üçün əraziyə buraxılmamalarına qarşı etiraz aksiyası keçirirlər.
Bineqedi.com xəbər verir ki, Azərbaycan ərazisində müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlıları əraziyə hərbi texnika və xeyli sayda canlı qüvvə cəlb ediblər.
Aksiyanın əsas məqsədlərindən biri budur ki, bizim Qarabağda təbii sərvətlərimizin, mədənlərimizin ermənilər tərəfindən həm talan olunması, həm də ekologiyamıza vurulan ziyanların qarşısını almaqdır.
Bunu bu gün Trend-ə açılamasında Azərbaycanın qeyri-hökumət təşkilatlarının (QHT) nümayəndələrinin Şuşada Rusiya sülhməramlılarının postunun yaxınlığında keçirdiyi etiraz aksiyasının iştirakçısı, hərbi-siyasi ekspert Telman Qasımov deyib.
“Tələb edirik ki, Rusiya sülhməramlı qüvvələrinin komandanı general-mayor Andrey Volkov buraya gəlsin və cavab versin. Komandan gəlməyənə, sözümüzü deməyənə qədər buradan tərpənməyəcəyik. Artıq burada çadırlar qurulub”, – deyə o əlavə edib.
Qeyd edək ki, 2022-ci il dekabrın 3-də və 7-də Rusiya sülhməramlı kontingentinin komandanlığı ilə aparılmış müzakirələrin nəticəsi olaraq İqtisadiyyat Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət heyət Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarı, bundan irəli gələn ekoloji və digər fəsadlarla bağlı ilkin monitorinq aparmalı idi. Lakin sülhməramlıların hərəkətsizliyi ucbatından monitorinq baş tutmayıb.