Binəqədidə yanğın olub.
Bineqedi.com xəbər verir ki, hadisə süd məhsulları şirkətində baş verib.
Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Belə ki, Bakı şəhərinin Binəqədi rayonunda “Uzun Ömür Süd Məhsulları” MMC-nin ərazisində ümumi sahəsi 80 m² olan tikilinin dam örtüyünün taxta atmaları, içərisində 1 ədəd transformator, 1 ədəd generator və əşyalar (şüşə qablar, plastik taralar və.s) yanıb, bitişik ümumi sahəsi 100 m² olan talvarın lambirdən ibarət tavanı əriyib.
Ərazidə olan digər sexlər və anbar yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Bineqedi.com