Binəqədi rayon Gənclər və İdman İdarəsi və 6 nömrəli Uşaq Gənclər İnkişaf Mərkəzi Publik Hüquqi Şəxsin birgə təşkilatçılığı ilə 6 nömrəli Uşaq Gənclər İnkişaf Mərkəzi Publik Hüquqi Şəxsdə Ümummilli lider Heydər Əliyevin anım gününə həsr olunmuş “Sən elə bir zirvəsən” mövzusunda şeir müsabiqəsi keçirilib.
Bineqedi.com saytı xəbər verir ki, müsabiqənin keçirilməsində məqsəd ümummilli lider Heydər Əliyevin anım gününün qeyd olunması, ümummilli lider Heydər Əliyevin irsinin və azərbaycançılıq məfkurəsinin gənclər arasında təbliği, Azərbaycanın tarixində müstəsna xidmətləri olmuş şəxsiyyətlərin gənclər arasında tanıdılması, istedadlı şagirdlərin bədii-qiraət sahəsində öz bacarıqlarını nümayiş etdirmələri üçün şəraitin yaradılmasıdır.
Müsabiqənin mükafatlandırma mərasimində Binəqədi Rayon Gənclər və İdman İdarəsinin aparıcı məsləhətçisi Səadət Quliyeva, 6 nömrəli Uşaq Gənclər İnkişaf Mərkəzi Publik Hüquqi Şəxsin direktoru Ziyat Nəbiyev, şöbə müdiri Nuranə Novruzova, “Bədii qiraət” dərnəyinin rəhbərləri Samirə Əliyeva və Cəmilə Nəbiyeva iştirak edib.
Müsabiqədə 300 nömrəli tam orta məktəbin 9-cu sinif şagirdi Fidan İsmayılzadə I yer, 248 nömrəli tam orta məktəbin 7-ci sinif şagirdi Aydan Bağırova II yer, 83 nömrəli məktəb-liseyin 6-cı sinif şagirdi Babayeva Fidan III yeri tutub. İştirakçılara müvafiq dərəcəli diplomlar, fərqlənmə və təşəkkürnamələr verilib.
Müsabiqədə qalib olan və fərqlənən hər bir iştirakçını təbrik edir, onlara gələcək işlərində uğurlar arzulayırıq.
Bineqedi.com


















