M.Ə.Rəsulzadə qəsəbəsi üzrə avtomobil yolunun əsaslı təmiri yekunlaşıb – VİDEO

0
167
bineqedi-baksol-yolu.png
Binəqədi rayonu M.Ə.Rəsulzadə qəsəbəsi üzrə “Baksol yolu” adlanan avtomobil yolunun əsaslı təmiri yekunlaşıb.
Bineqedi.com saytına verilən məlumata görə, 3.21 km uzunluğa malik olan “Baksol yolu” mərhələli şəkildə təmir olunub.
Layihəyə uyğun olaraq zəruri yerlərdə əsasın deformasiyaya uğramış hissələrinin qazılaraq kənarlaşdırılması, əks-dolğu, yeni səki daşlarının düzülməsi, köhnə asfalt örtüyünün frezlənməsi, yeni asfalt-beton örtüyünün döşənməsi işləri aparılıb, yeni piyada səkiləri inşa edilib.
Layihənin sonuncu mərhələsində avtonəqliyyat vasitələrinin normal hərəkətinin təşkili üçün yolcizgi və yolgöstərici xətlər, həmçinin piyada zolaqları çəkilməklə müasir yol infrastrukturu yaradılıb və vətəndaşların istifadəsinə verilib.
2022-ci ilin “İnvestisiya Proqramı”na uyğun olaraq, Bakı şəhəri Binəqədi rayonu üzrə ümumi uzunluğu 13.06 km təşkil edən küçə və yolun təmiri işləri aparılır.
Bineqedi.com
Əvvəlki məqaləBinəqədidə küçədə 3 aylıq körpə tapıldı
Növbəti məqalədəMolla rejiminin riyakarlığının növbəti sübutu