Binəqədidə küçədə 3 aylıq körpə tapıldı

0
137
bineqedi-birinci-meden

Bakıda küçədə 3 aylıq körpə tapılıb.

Bineqedi.com report-a istinadən xəbər verir ki, Binəqədi rayonunda dekabrın 19-da axşam saatlarında Binəqədi qəsəbəsi Gülüstan küçəsində atılan 3 aylıq oğlan uşağı polis tərəfindən sığınacağa yerləşdirilib.

Polis əməkdaşları tərəfindən körpənin anasının şəxsiyyəti müəyyən olunub.

Faktla bağlı araşdırma aparılır.

Bakıda avtomobilin vurduğu piyada 7 gün sonra ölüb.

APA xəbər verir ki, şəhər sakini Cəbrayıl Qarayev dekabrın 12-də Binəqədi rayon ərazisində yolu keçərkən Ələddin Bağırov idarə etdiyi JAC markalı avtomobillə onu vurub.

Xəstəxanaya yerləşdirilən Cəbrayıl Qarayev həkimlərin səyinə baxmayaraq, ötən gün ölüb.

Faktla bağlı cinayət işi başlanılıb.

Bineqedi.com

Əvvəlki məqaləBinəqədi rayonunda təmizlik, iməcilik işləri davam etdirilir – FOTOLAR
Növbəti məqalədəM.Ə.Rəsulzadə qəsəbəsi üzrə avtomobil yolunun əsaslı təmiri yekunlaşıb – VİDEO