Binəqədidə 85 yaşlı kişini vurub qaçmaqda şübhəli bilinən sürücü tutuldu

0
107
yeddinci-mikrorayon (1)

Bakının Binəqədi rayonunda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Bineqedi.com saytının “Report”a istinadən məlumatına görə, avtomobil yolu keçən 1988-ci il təvəllüdlü H. G. Zahid qızını vurub.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.

Hadisənin təfərrüatı araşdırılır.

Bundan başqa, dekabrın 13-də Bakıda küçədə yaralı halda tapılan şəxs xəstəxanada ölüb. Hadisə Binəqədi rayonunda, Süleyman Sani Axundov küçəsində qeydə alınıb.

Bineqedi.com saytının Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən “Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirilib ki, 1937-ci il təvəllüdlü Bakı sakini C. Qarayevin yıxılaraq kəllə-beyin travması alması və dekabrın 19-da xəstəxanada ölməsi ilə bağlı Binəqədi Rayon Polis İdarəsinə məlumat daxil olub.

İdarə əməkdaşları tərəfindən keçirilən araşdırma zamanı məlum olub ki, C. Qarayev dekabrın 13-də qeyd edilən küçədə Ələddin Bağırovun idarə etdiyi JAC markalı avtomobillə vurulub.

Polis əməkdaşları tərəfindən Ə.Bağırovun yeri müəyyən edilərək saxlanılıb. Sonuncu istintaqa təhvil verilib.

Bineqedi.com

Əvvəlki məqaləPaşinyandan növbəti BAĞIŞLANMAZ SƏHV – Türkiyə və Azərbaycanı aldadır …
Növbəti məqalədəSamir Nuriyev Fuad Nəcəflini Naxçıvan ictimaiyyətinə təqdim etdi – FOTOLAR