Binəqədi rayonu 276 №-li tam orta məktəbdə 13.01.2023-cü il tarixdə Azərbaycan Milli Olimpiya Komitəsinin reallaşdırdığı “Olimpiya Mədəniyyəti və Təhsil Proqramı” (OCEP) layihəsi çərçivəsində Latviyaya həsr olunmuş tədbir keçirilib.
Bineqedi.com xəbər verir ki, tədbirdə Latviyanın Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili Viya Buşa və səfirliyin müşaviri Elmira Mirzəyeva, Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Nicat Allahverdiyev, ETN Beynəlxalq əlaqələr sektorunun müdiri İlqar Dadaşov, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini Hüseyn Əsgərov, Azərbaycan Milli Olimpiya Komitəsinin məsləhətçisi Səkinə Vəliyeva iştirak ediblər.
Tədbirdən əvvəl qonaqlar Latviyaya həsr olunmuş sərgiyə baxıblar, məktəblə tanış olublar, idmançı şagirdlərlə görüşüblər.
Məktəbin akt zalında şagirdlərin iştirakı ilə hazırlanmış, Latviyaya həsr olunmuş kompozisiya təqdim olunub.
Sonda qonaqlar öz təəssüratlarını bölüşərək, iştirakçı şagirdlərlə xatirə şəkli çəkdiriblər.
Bineqedi.com






































