Binəqədidə evdən meyit tapılıb

0
125
evden-meyit

Bakı şəhərinin Binəqədi rayonunda evdə meyit tapılıb.

Bineqedi.com xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən bildirilib.

Məlumata görə, 1 nəfər evdə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb:

“Çağırış ünvanına cəlb olunan FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri evin giriş qapısını açıb və orada aşkarlanan 1 nəfərin meyitini aidiyyəti üzrə təhvil veriblər”.

Bakı şəhərinin Binəqədi rayonunda ümumi sahəsi 500 kvadratmetr olan mebel sexinin ondulindən ibarət dam örtüyü 150 kvadratmetr sahədə yanıb.

Fövqəladə Hallar Nazirliyindən bildirilib ki, sexin qalan hissəsi, içərisində olan mebellər və beş ədəd dəzgah yanğından mühafizə olunub. Yanğın söndürülüb.

Fövqəladə Hallar Nazirliyinin digər məlumatına görə, Binəqədi rayonunda ümumi sahəsi 500 kvadratmetr olan mebel sexinin ondulindən ibarət dam örtüyü 150 kvadratmetr sahədə yanıb.

Fövqəladə Hallar Nazirliyindən bildirilib ki, sexin qalan hissəsi, içərisində olan mebellər və beş ədəd dəzgah yanğından mühafizə olunub. Yanğın söndürülüb.

Binəqədi rayonu ərazisində yerləşən avtomobil təmiri sexlərindən birinin qarşısından isə “Daewoo” markalı avtomobilin qaçırılması barədə polisə məlumat daxil olub.

Bineqedi.com xəbər verir ki, bu barədə DİN məlumat yayıb.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Şəmkir rayon sakini E. Nağıyev Gəncə şəhəri ərazisində avtomobillə birgə saxlanılıb.

O, Binəqədi Rayon Polis İdarəsinin əməkdaşlarına təhvil verilib.

Araşdırma aparılır.

Bineqedi.com

 

Əvvəlki məqaləSülhməramlıların yerləşdiyi ərazilərdəki əməliyyat şəraiti təhlil edildi
Növbəti məqalədəBinəqədi rayonu 276 №-li tam orta məktəbdə Latviyaya həsr olunmuş tədbir keçirilib – FOTOLAR