Binəqədi rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə “Binəqədi Gənclər Evi” sosial xidmət müəssisəsində məktəblilər arasında şahmat üzrə rayon birinciliyi keçirilib.
Bineqedi.com saytı xəbər verir ki, birinciliyin nəticəsinə əsasən, 1-ci yeri 276 №-li tam orta məktəbin komandası, 2-ci yeri 283 №-li tam orta məktəbin komandası, 3-cü yeri 157 №-li tam orta məktəbin komandası tutub.
Turnirdə hakimlik vəzifəsini Ramil İmanov yerinə yetirib.
Qaliblərin mükafatlandırılması mərasimində Binəqədi rayon Gənclər və İdman İdarəsinin rəisi Namiq Tarverdiyev iştirak edib.
Bineqedi.com
































