Bu şəxslərin də maaşları artırıldı – Baş nazir qərar imzaladı

0
122

Nazirlər Kabineti “Dövlət qulluğu ilə bağlı bəzi məsələlərin tənzimlənməsi haqqında” Qərarında dəyişiklik edib.

Bineqedi.com saytı xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov yanvarın 21-də müvafiq qərar imzalayıb.

Qərara əsasən, dövlət orqanlarında çalışan dövlət qulluqçusu olmayan işçilərin (qeydiyyatçı, nəzarətçi, təsərrüfat işçisi, xadimə, dalandar, bağban, gözətçi, ocaqçı, ixtisas dərəcəsi olmayan fəhlə və s.) aylıq vəzifə maaşları artırılıb.

Onların aylıq vəzifə maaşları 2023-cü il yanvarın 1-dən aşağıdakı məbləğdə müəyyən edilib:

Sıra

№-si

Kateqoriyalar üzrə dövlət orqanları Aylıq vəzifə maaşının məbləği (manatla)
1. Ali kateqoriya dövlət orqanlarında 400
2.

1-ci kateqoriya dövlət orqanlarında 385
3. 2-ci və 3-cü kateqoriya dövlət orqanlarında 365
4. 4-cü və 5-ci kateqoriya dövlət orqanlarında 345

Bu Qərarda qeyd olunan işçilərin mükafatlandırılması məqsədilə hər il növbəti il üçün təsdiq edilən dövlət büdcəsində onların çalışdıqları dövlət orqanlarında həmin işçilər üçün müəyyən olunmuş aylıq vəzifə maaşının 3 misli həcmində əlavə vəsait nəzərdə tutulur.

Qərar 2023-cü il yanvarın 1-dən tətbiq edilir.

Qeyd edək ki, indiyə qədər dövlət orqanlarında çalışan dövlət qulluqçusu olmayan işçilərin (qeydiyyatçı, nəzarətçi, təsərrüfat işçisi, xadimə, dalandar, bağban, gözətçi, ocaqçı, ixtisas dərəcəsi olmayan fəhlə və s.) aylıq vəzifə maaşları aşağıdakı kimi olub:

Əvvəlki məqaləBinəqədi məktəbliləri arasında şahmat üzrə rayon birinciliyi keçirilib – FOTOLAR
Növbəti məqalədəBinəqədidə 9 yaşlı uşaq 7 yaşlı dayısı oğlunu ehtiyatsızlıqdan güllələdi