Azərbaycanın İrandakı səfirliyinə silahlı hücum olub, ölən var – VİDEO

0
131
sefirlik-hucum-tehan-video-azerbaycan-iran.png

Azərbaycanın İrandakı səfirliyinə silahlı hücum edilib.

Azərbaycan Xarici İşlər Nazirliyi ölkəmizin İrandakı səfirliyinə hücumla bağlı açıqlama yayıb.

Bineqedi.com saytının xəbərinə görə, hücumun bu gün Bakı vaxtı ilə səhər saat 8:30 radələrində baş verdiyi bildirilib.

Hücum edən şəxs “Kalaşnikov” markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisini qətlə yetirib. Səfirliyin iki nəfər mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıblar.

Onların vəziyyəti qənaətbəxşdir.

“Hazırda bu xain hücum üzrə araşdırma gedir.

Məsələnin təfərrüatı barədə ictimaiyyətə əlavə məlumat veriləcəkdir.

Allah şəhidimizə rəhmət eləsin!”, – məlumatda qeyd olunub.

Bu gün Azərbaycanın İrandakı səfirliyinə silahlı hücum nəticəsində həlak olan səfirliyin mühafizə xidmətinin rəisi Orxan Əsgərov şəhid elan edilib.

“Qafqazinfo” xəbər verir ki, Azərbaycan Xarici İşlər Nazirliyinin rəsmi bəyanatında xain hücum nəticəsində aldığı güllə xəsarətlərindən vəfat edən O.Əsgərov şəhid kimi təqdim edilib.

Orxan Əsgərovun Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəliklərinə edilmiş hücumlar və digər insidentlər nəticəsində həyatını itirən ilk rəsmi şəxs olduğu bildirilir.

Qeyd edək ki, xarici ölkələrdəki səfirliklər təmsil etdiyi ölkənin suveren ərazisi hesab edilir.

Əvvəlki məqaləBinəqədi polisləri quldurluğa görə axtarışda olan şəxsi saxladılar
Növbəti məqalədəFaşizmdən daha təhlükəli farsizm…