Binəqədi polisləri quldurluğa görə axtarışda olan şəxsi saxladılar

0
151
bineqedi-rayon-polis-idaresi

Bakıda oğurluq edən şəxs saxlanılıb.

Bineqedi.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis Şöbəsi əməkdaşlarının daxil olan məlumatlar əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində Binəqədi qəsəbəsi ərazisində bir evdən 3 000 manat dəyərində inşaat materialları, geyim və məişət əşyaları, digər evdən isə 7 000 manat dəyərində qızıl-zinət və məişət əşyaları oğurlamaqda şübhəli bilinən şəxsin kimliyi müəyyən edilib.

Cinayət Məcəlləsinin 181-ci (quldurluq) maddəsi ilə axtarışda olan Salyan rayon sakini Yaşar Məmmədov saxlanılıb.

Araşdırma aparılır.

Bundan başqa, Binəqədi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində N. Ə. Məmməd oğlu saxlanılıb.

Üzərindən 503,4 qram heroin və 19,677 qram metamfetamin aşkar olunaraq götürülüb.

Fakta görə cinayət işi başlanılıb.

Əvvəlki məqaləBinəqədidə yol qəzaları baş verib…
Növbəti məqalədəAzərbaycanın İrandakı səfirliyinə silahlı hücum olub, ölən var – VİDEO