Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun Prezidenti Mehriban Əliyevanın zəlzələdən zərərçəkənlərə humanitar yardımla bağlı paylaşımı Türkiyədə böyük rəğbətlə qarşılanıb.
Sözügedən paylaşım Türkiyənin bir neçə aparıcı mediasının da diqqətindən yayınmayıb və paylaşım çox sayda xəbər portallarında işıqlandırılıb.
Yazıların əksəriyyəti “Türkiyə xalqının yanında olmağa çalışan hər kəsə minnətdaram” başlığı ilə dərc olunub.