Binəqədidə avtomobil 52 yaşlı piyadanı vuraraq öldürüb

0
120

Bakıda avtomobil 52 yaşlı piyadanı vuraraq öldürüb.

Bineqedi.com saytının “Report”a istinadən məlumatına görə, hadisə ötən gün Bakı-Xocasən yolunun Binəqədi rayonu ərazisində qeydə alınıb.

Belə ki, 1992-ci il təvəllüdlü Nasibov Kamran Nəsib oğlu idarə etdiyi “QAZ-33021” markalı avtomobil ilə Bakı şəhər istiqamətində hərəkətdə olarkən piyada 1971-ci il təvəllüdlü Ramazanov Maksut Ziyəddin oğlunu vurub, nəticədə piyada hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.

Bineqedi.com

Əvvəlki məqaləMehriban Əliyevanın paylaşımı Türkiyə mediasının gündəmində
Növbəti məqalədəTürkiyədə canlı yayımda qorxulu anlar – VİDEO