Bakıda şirkətin anbarından 32 800 manatlıq oğurluq olub.
Bineqedi.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.
Bildirilib ki, Binəqədi rayonunun Biləcəri qəsəbəsi ərazisində yerləşən şirkətlərdən birinin anbarından 32 800 manat dəyərində əlvan metalların qeyri-aşkar şəraitdə oğurlanması barədə polisə məlumat daxil olub.
Binəqədi RPİ 6-cı Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluq əməlində şübhəli bilinən Qubadlı rayon sakini A. Əhmədov, Şəki rayon sakini H. Əhmədov, Bakı şəhər sakinləri E. Əsgərov və R. İbrahimov müəyyən olunaraq saxlanılıblar. Araşdırma aparılır.
Bineqedi.com