Binəqədidə şirkətin anbarından 32800 manatlıq oğurluq olub

0
107
altinci-polis-bolmesi

Bakıda şirkətin anbarından 32 800 manatlıq oğurluq olub.

Bineqedi.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Binəqədi rayonunun Biləcəri qəsəbəsi ərazisində yerləşən şirkətlərdən birinin anbarından 32 800 manat dəyərində əlvan metalların qeyri-aşkar şəraitdə oğurlanması barədə polisə məlumat daxil olub.

Binəqədi RPİ 6-cı Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluq əməlində şübhəli bilinən Qubadlı rayon sakini A. Əhmədov, Şəki rayon sakini H. Əhmədov, Bakı şəhər sakinləri E. Əsgərov və R. İbrahimov müəyyən olunaraq saxlanılıblar. Araşdırma aparılır.

Bineqedi.com

Əvvəlki məqaləXəbəri olmadan adına beş şirkət açılıb, 1,5 milyon manat vergi borcu var – VİDEO
Növbəti məqalədə“Ermənistan çətin gündə həmrəylik nümayiş etdirdi” – Çavuşoğlu