Binəqədi Rayon İcra Hakimiyyəti yanında İctimai Şura üzvlərinin iclası keçirilib

0
133
bineqedi-ictimai-sura

Binəqədi Rayon İcra Hakimiyyəti yanında İctimai Şura üzvlərinin növbəti iclası keçirilib. Bineqedi.com saytına verilən məlumata görə, iclas ölkəmizdə “Heydər Əliyev İli” elan olunması ilə əlaqədar keçiriləcək tədbirlər və qarşıda duran vəzifələrə həsr olunmuşdur.
İlk öncə Türkiyədə baş verən zəlzələdə dünyasını dəyişənlərin xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.
Binəqədi Rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın sədri Aslan Mehdiyev iclasda iştirak edən Şura üzvlərini salamlayıb və hər bir üzvü fəal şəkildə fəaliyyət göstərməyə, qarşıda duran vəzifələri layiqincə yerinə yetirməyə çağırıb.
Binəqədi Rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın sədr müavini Təranə Paşayeva 2023-cü il ərzində görülməsi planlaşdırılan işlər barədə məlumat verib, təkliflər planını iclas iştirakçıları ilə bölüşüb.
Binəqədi Rayon İcra Hakimiyyəti aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Elnur Məmmədov çıxış edərək Binəqədi Rayonunda İctimai Şuranın ötən il ərzində gördüyü işlərə toxunaraq uğurlar arzu edib, rayonun inkişafı istiqamətində İctimai Şuranın fəaliyyətini yüksək dəyərləndirib.

Daha sonra iclas qarşıda görüləcək işlərin müzakirəsi ilə davam edib.

Bineqedi.com

Əvvəlki məqalə“Ağdamda azərbaycanlıların tikdiyi heç nə qalmayıb” – Fransa nəşri
Növbəti məqalədəBank hesablarından oğurluqda şübhəli bilinən şəxslər saxlanıldılar