Bank hesablarından oğurluqda şübhəli bilinən şəxslər saxlanıldılar

0
147
bineqedi

Bank hesablarından oğurluq etməkdə şübhəli bilinən şəxslər saxlanılıb.

Bineqedi.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Sumqayıt Şəhər Polis İdarəsinin 3-cü Polis Bölməsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində Abşeron rayon sakini K.Nəsibovun bank hesabından 470 manatını oğurlamaqda şübhəli bilinən Corat qəsəbə sakini Ə. Əhmədov müəyyən olunaraq saxlanılıb.

Binəqədi RPİ 4-cü Polis Şöbəsinin əməkdaşları tərəfindən isə Bakı şəhər sakini M.Adıgözəlovanın bank hesabından 108 manatını oğurlamaqda şübhəli bilinən paytaxt sakini A. Muradov saxlanılıb.

Hər iki faktla bağlı araşdırma aparılır.

Bineqedi.com

Əvvəlki məqaləBinəqədi Rayon İcra Hakimiyyəti yanında İctimai Şura üzvlərinin iclası keçirilib
Növbəti məqalədəBinəqədi Rayon İcra Hakimiyyətinin başçısı 8-ci mikrorayonda səyyar qəbul keçirib – FOTOLAR