Binəqədidə qadını zorla qaçırmaq istəyən şəxslər tutuldular + VİDEO

0
120
bineqedi-polis-qadaga-karantin

Bakıda qız qaçırılıb.

Bineqedi.com saytı xəbər verir ki, “Unikal”ın məlumatına görə, hadisə Binəqədi rayonu, 9-cu mikrorayon ərazisində baş verib.

Görüntülərdə 3 nəfərin qızı zorla “Opel” markalı avtomobilə mindirdiyi görünür.

Bakıda qadını zorla qaçırmaq istəyən şəxslər saxlanılıblar.

Bununla bağlı Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, hazırda araşdırmalar davam etdirilir.

Daxili İşlər Nazirliyi Bakıda qadının zorla maşına mindirilərək qaçırılması ilə bağlı yayılan görüntülərə münasibət bildirib.

DİN-in Mətbuat Xidmətinin əməkdaşı, polis mayoru Anar Qafarov bildirib ki, görüntülər araşdırılıb:

“Orada əks olunan şəxslər bir ailənin üzvləridir. Qadını boşanma fikrindən daşındırmaq üçün rəsmi nikahda olduğu əri, xanımın atası və qayınanası onu məcbur edərək rayona aparmağa çalışıblar.

Xanım hazırda polis orqanındadır, təhlükəsizliyi təmin edilib. Polis əməkdaşları tərəfindən araşdırmalar davam etdirilir”.

Əvvəlki məqaləBinəqədidə 35 yaşlı kişini avtomobil vurub
Növbəti məqalədəXİN Xocalı soyqırımı ilə bağlı bəyanat yaydı