Binəqədidə 35 yaşlı kişini avtomobil vurub

0
112
yol polisi

Bakının Binəqədi rayonunda 35 yaşlı kişi yol-nəqliyyat hadisəsi zamanı xəsarət alıb.

Bineqedi.com saytı Report-a istinadən xəbər verir ki, 1988-ci il təvəllüdlü Mustafayev Mehdi İman oğlu yolu keçərkən avtomobil onu vurub.

Yaralı təcili tibbi yardımın köməkliyilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona burun sümüklərinin yerdəyişən sınığı diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır.

Bineqedi.com

Əvvəlki məqaləElxan Allahverdiyevin Xocəsən qəsəbə sakinləri ilə səyyar qəbulu keçirilib – FOTOLAR
Növbəti məqalədəBinəqədidə qadını zorla qaçırmaq istəyən şəxslər tutuldular + VİDEO