Binəqədidə marketdən 11200 manatlıq oğurluq edilib

0
102
bineqedi

Bakıda marketdən 11 200 manatlıq oğurluq edilib.

Bineqedi.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, Binəqədi rayonu M.Ə.Rəsulzadə qəsəbəsi ərazisində yerləşən marketlərdən birinin anbarındakı seyfdən 11 200 manatın qeyri-aşkar şəraitdə oğurlanması barədə polisə məlumat daxil olub.

Binəqədi RPİ 4-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluq əməlində şübhəli bilinən Bakı şəhər sakini Fizuli Əliyev müəyyən olunaraq saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Bineqedi.com

Əvvəlki məqaləBinəqədidə narkotiklərlə bağlı 98 nəfər tutuldu – VİDEO
Növbəti məqalədəFHN Binəqədi Gənclər Evində təlim keçirib – FOTOLAR