Binəqədidə narkotiklərlə bağlı 98 nəfər tutuldu – VİDEO

0
372
bineqedi-polis-cinayet-qetl-xuliqanliq1

Binəqədi RPİ tərəfindən bu ilin yanvar-fevral aylarında narkotiklərin qanunsuz dövriyyəsini həyata keçirən şəxslərə qarşı əməliyyatlar keçirilib.

Bineqedi.com saytı DİN-in Mətbuat xidmətinə istinadən xəbər verir ki, əməliyyatlar zamanı narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan 98 nəfər saxlanılıb.

Müəyyən edilib ki, saxlanılanların bir neçəsi əvvəllər də eyni cinayətlər etdikləri üçün, yəni narkotiklərin qanunsuz dövriyyəsini təşkil etdikləri üçün məhkum olunmuş şəxslərdir. Həmin şəxslərin üzərindən, yaşadıqları evlərdən 11 kiloqram heroin, marixuana və psixotrop maddə olan metamfetamin aşkar edilib.

Qeyd edək ki, saxlanılan şəxslərin bir neçəsinin Binəqədi rayonunda evlərdən və obyektlərdən oğurluq etdikləri də müəyyən edilib. Onların hər biri barəsində İdarənin İstintaq Şöbəsində Cinayət işləri başlanılıb.

Bineqedi.com

Əvvəlki məqaləErmənistanın “blokada” iddiaları əsassızdır
Növbəti məqalədəBinəqədidə marketdən 11200 manatlıq oğurluq edilib