“MUSİQİDƏ ƏBƏDİLƏŞƏN ÖMÜR” adlı tədbir həyata keçirilib – FOTOLAR

0
99
bineqedi-musiqi-tedbir-ulu-onder
Binəqədi Rayon İcra Hakimiyyəti və Müslim Maqomayev adın 26 saylı Onbirillik Musiqi Məktəbinin birgə təşkilatçılığı ilə Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən, “MUSİQİDƏ ƏBƏDİLƏŞƏN ÖMÜR” adlı tədbir həyata keçirilib.
Bineqedi.com saytına verilən məlumata görə, tədbirdə Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Sevinc Süleymanova, RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Nicat Allahverdiyev, Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının sədr müavini Sevinc Abdullayeva, Azərbaycan Respublikasının əməkdar artisti Aygün Bəylər, Müslim Maqomayev adın 26 saylı Onbirillik Musiqi Məktəbinin direktoru Gülşən Quliyeva və məktəbin pedoqoji kollektivi, şagirdlər və valideynləri iştirak edirdilər.
Tədbir ümummilli lider Heydər Əliyevin və torpaqlarımızın ərazi bütövlüyü uğrunda şəhid olan qəhrəmanlarımızın əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsindən sonra Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə açıq elan edildi.
Tədbirdə dünya şöhrətli siyasətçi, ədəbiyyat və sənət adamlarımızın böyük dostu və xeyirxahı xalqımızın ümummilli lideri Heydər Əliyevin müxtəlif tədbirlərdə sənət adamları ilə görüşlərindən, onlara göstərdiyi qayğı və diqqətdən söhbət açılan video çarxların nümayişi ilə məktəbin şagirdlərinin ifalarında Ümummilli Liderimizin ən çox sevdiyi mahnılar, musiqilər və şeirlər səsləndirildi. Belə ki, Elxan Məmmədlinin ifasında “Azərbaycanım”(R.Hacıyev), Gülyaz Həsənzadənin ifasında “Dünya sənin, Dünya mənim”(N.Musayev), violində Səid Məmmədov, Aylin Məmmədli və “Buta” qanun çalanlar ansamblının ifalarında sözləri S.Əliyevanın olan “Ana” musiqisi, Tunar Əmirovun ifasında xalq mahnısı “Küçələrə su səpmişəm”, tarda Azadi Sübhanın ifasında “Çahargah” rapsodiyası (H.Rzayev), Turan Səfərovanın “Sən elə bir zirvəsən”( Kamal), Gülyaz Həsənzadənin ifasında “Alagöz”( C Cahangirov), Ağabəyli Mehribanın ifasında “Sənə də qalmaz”( T.Quliyev), “Fantaziya” violin çalanlar ansamblının ifalarında “Azərbaycan” (M.Maqomayev), Gülyaz Həsənzadə, Tunar Əmirov, Elxan Məmmədlinin ifalarında “Qarabağ şikəstəsi” səsləndi. Sonda Azərbaycan Respublikasının əməkdar artisti Aygün Bəylər əvvəlcə gözəl xatirələri yada salaraq “Heydər Əliyev dahi şəxsiyyətdir. Ulu Öndərlə bağlı gözəl xatirələrim var. 1998-ci ildə məhz ümummilli liderimiz Heydər Əliyev məni Əməkdar artist fəxri adı ilə təltif edib. Ümummilli Lideimiz bizim xatirələrimizdə hər zaman yaşayıb, yaşayır və yaşayacaqdır” söylədi. Daha sonra Aygün Bəylər Ümummili Liderin ən çox sevdiyi mahnılardan biri olan “Tut ağacı” mahnısını ifa etdi.
Tədbirdə çıxış edənlər- Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Sevinc Süleymanova və Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının sədr müavini Sevinc Abdullayeva bildirdilər ki, dünya şöhrətli siyasətçi, xalqımızın ümummilli lideri Heydər Əliyev xalqımızın dərin köklərə malik olan milli musiqisinin və eyni zamanda professional musiqi sənətinin gözəl bilicisi idi. Milli və professional musiqimizin dünyada tanınması, bəstəkarların, ifaçıların və musiqişünasların fəaliyyətinin yüksək qiymətləndirilməsi, yaradıcılıq evlərinin tikilməsi, maddi təminatlarının yaxşılaşdırılması, fəxri adlar, orden və medallarla təltif olunması və daha neçə-neçə bu cür əvəzsiz xidmətlər məhz ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Bu fikrləri Ümummilli Liderin qayğı və diqqəti sayəsində yüksək sənət zirvələri fəth etmiş hörmətli sənətkarlarımız da dönə-dönə vurğulayırlar. Bu gün də sənət adamlarına, mədəniyyətə, incəsənətə olan yüksək diqqət və qayğı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən yüksək səviyyədə davam etdirilir. “Biz muğamı gələcək nəsillərə qəlbimizin və ruhumuzun bir hissəsi kimi miras qoyuruq”, – söyləyən Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın Azərbaycan muğamının dünya səviyyəsində tanıdılmasında əməyi əvəzsizdir.
Sonda qonaqlar və kollektivlə birgə xatirə fotosu çəkildi.
Bineqedi.com
Bir 9 kişi, ayakta duran insanlar, oturan insanlar ve iç mekan görseli olabilirBir 6 kişi, oturan insanlar, ayakta duran insanlar ve iç mekan görseli olabilirBir 2 kişi, ayakta duran insanlar ve iç mekan görseli olabilirBir 2 kişi, ayakta duran insanlar, müzik enstrümanı çalan insanlar ve iç mekan görseli olabilirBir 11 kişi ve ayakta duran insanlar görseli olabilirBir 6 kişi, müzik enstrümanı çalan insanlar, ayakta duran insanlar ve iç mekan görseli olabilirBir 8 kişi, ayakta duran insanlar ve iç mekan görseli olabilirBir 10 kişi, ayakta duran insanlar, müzik enstrümanı çalan insanlar ve iç mekan görseli olabilirBir 3 kişi, ayakta duran insanlar ve iç mekan görseli olabilirBir 2 kişi, müzik enstrümanı çalan insanlar, ayakta duran insanlar ve iç mekan görseli olabilirBir 2 kişi, ayakta duran insanlar ve iç mekan görseli olabilirBir 13 kişi, oturan insanlar, ayakta duran insanlar ve iç mekan görseli olabilirBir 12 kişi, ayakta duran insanlar ve iç mekan görseli olabilirBir 10 kişi, ayakta duran insanlar ve iç mekan görseli olabilirBir 10 kişi, ayakta duran insanlar ve iç mekan görseli olabilir
Əvvəlki məqaləElxan Allahverdiyevin Biləcəri qəsəbə sakinləri ilə səyyar qəbulu keçirilib – FOTOLAR
Növbəti məqalədəBinəqədidə iki avtomobil qəzaya uğrayıb – FOTOLAR