Elxan Allahverdiyevin Biləcəri qəsəbə sakinləri ilə səyyar qəbulu keçirilib – FOTOLAR

0
113
elxan-allahverdiyev-bileceri-seyyar-qebul
Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyevin Biləcəri qəsəbə sakinləri ilə səyyar qəbulu keçirildi.
Bineqedi.com saytı xəbər verir ki, görüşdə YAP Binəqədi Rayon Təşkilatının sədri Vüsar İsmayılov, Rayon İcra Hakimiyyəti başçısının müavini, Aparatın məsul şəxsləri, bələdiyyə, qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyin, xidmət sahələrinin rəhbərləri iştirak edirdilər.
Rayon İcra Hakimiyyəti başçısı ölkə rəhbərinin tapşırıq və tövsiyələri əsasında respublikamızda aparılan sosial-iqtisadi islahatlar, əhalinin rifah halının yüksəlməsi istiqamətində görülən işlər barədə vətəndaşlara ətraflı məlumatlar verdi. Qəsəbə sakinləri bundan öncəki görüşlərdə qaldırılmış problemlərin müsbət həlli ilə bağlı dövlət başçısına öz təşəkkürlərini bildirdilər.
Daha sonra RİH başçısı Elxan Allahverdiyev görüşdə iştirak edən sakinlərin Tural Eyyubov, Ramiz Hüseynov, Mayıl Qurbanov və Zamin Rəhimov küçələrinin işıqlandırılması, Şah Abbas küçəsində sıradan çıxmış küçə işıqlarının bərpa edilməsi, A.Zeynallı küçəsində yol keçidi və avtobus dayancağını bildirən yol nişanlarının bərpası, qəsəbə ərzisində qaz təchizatının yaxşılaşdırılması, Y.Hüseynov küçəsində ağacların budanması, Füzuli küçəsində tunelin təmir edilməsi, 117 saylı marşrut xəttinin bərpa olunması, Ordubadi küçəsi yol kənarında hasarın rəngənməsi, Sumqayıt şosesi 1 və 2 saylı binalarda zirzəminin su ilə dolması və məişət tullantılarının daşınması ilə bağlı müraciətlərini dinlədikdən sonra qaldırılan məsələlərin həlli istiqamətində müvafiq tədbirlərin görülməsi ilə əlaqədar aidiyyəti qurumlara müvafiq tapşırıqlar verdi.
Bineqedi.comBir 4 kişi ve iç mekan görseli olabilirBir 10 kişi, oturan insanlar, ayakta duran insanlar ve iç mekan görseli olabilirBir 6 kişi, ayakta duran insanlar, oturan insanlar ve iç mekan görseli olabilirBir 9 kişi, ayakta duran insanlar, oturan insanlar ve iç mekan görseli olabilirBir 8 kişi, ayakta duran insanlar, oturan insanlar ve iç mekan görseli olabilirBir 11 kişi, ayakta duran insanlar, oturan insanlar ve iç mekan görseli olabilir
Bir 3 kişi, ayakta duran insanlar ve oturan insanlar görseli olabilirBir 9 kişi ve ayakta duran insanlar görseli olabilirFotoğraf açıklaması yok.Bir 5 kişi, ayakta duran insanlar, oturan insanlar ve iç mekan görseli olabilirBir 16 kişi, oturan insanlar, ayakta duran insanlar ve iç mekan görseli olabilir
Əvvəlki məqaləBinəqədi rayonu 276 nömrəli tam orta məktəbdə Asif Cahangirovla görüş keçirilib – FOTOLAR
Növbəti məqalədə“MUSİQİDƏ ƏBƏDİLƏŞƏN ÖMÜR” adlı tədbir həyata keçirilib – FOTOLAR