Binəqədidə 15 nəfərin mobil telefonlarını oğurlayan şəxs saxlanılıb

0
91
polis-bolmesi-dordundu-polis-bineqedi

Bakıda 15 nəfərin mobil telefonlarını oğurlayan şəxs saxlanılıb.

Bineqedi.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən bildirilib.

Qeyd olunub ki, Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis Şöbəsi əməkdaşlarının daxil olan məlumatlar əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində müxtəlif vaxtlarda rayon ərazisində 15 nəfərin mobil telefonlarını oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini Vüqar Xəlilov müəyyən olunaraq saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Bineqedi.com

Əvvəlki məqaləParis, Tehran və İrəvana yerləri göstərildi: Paşinyan deyəsən, özünü vurmaq istəyir
Növbəti məqalədəBinəqədidə müəssisədən 8 min manatlıq oğurluq olub