Binəqədidə müəssisədən 8 min manatlıq oğurluq olub

0
81
besinci-polis-bolmesi.

Bakıda müəssisədən 8 min manatlıq oğurluq olub.

Bineqedi.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən bildirilib.

Belə ki, Binəqədi rayonu ərazisində yerləşən müəssisələrdən birinin həyətindən 8 000 manat dəyərində dəmir lövhələrin oğurlanması barədə polisə məlumat daxil olub.

Binəqədi Rayon Polis İdarəsinin 5-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluq əməlində şübhəli bilinən Bakı şəhər sakinləri Vaqif Bayramov və Cavid Baxşeyiş müəyyən olunaraq saxlanılıblar.

Faktla bağlı araşdırma aparılır.

Bineqedi.com

Əvvəlki məqaləBinəqədidə 15 nəfərin mobil telefonlarını oğurlayan şəxs saxlanılıb
Növbəti məqalədəBinəqədidə “Hərəyə bir ağac əkək” adlı ağacəkmə aksiyası keçirilib – FOTOLAR