Əziz Gənclər!
13 aprel tarixində Binəqədi Gənclər Evinin təşkilatçılığı ilə “Vətən sağolsun!” adlı görüş keçiriləcək.
Görüşdə İkinci Qarabağ müharibəsinin iştirakçısı, Azərbaycan Rus Gəncləri Assosiasiyasının rəhbərinin müavini Pavel Zorin olacaq.
3 medalla təltif edilib.
Məlumat üçün bildirək ki, 27 sentyabr 2020-ci ildə tarixdən başlayan Vətən müharibəsində müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuzun gücü və xüsusilə gənclərimizin fədakarlığı sayəsində erməni vandalizminə məruz qalmış tarixi torpaqlarımız işğaldan azad edilib, ərazi bütövlüyümüz bərpa olunub.
Görüşdə iştirak etmək üçün Binəqədi Gənclər Evinə müraciət edə bilərsiniz.
Tarix: 13 aprel
Saat: 12:00
Məkan: Binəqədi Gənclər Evi
