Binəqədinin 28 May qəsəbəsi barədə nə bilirik?

0
18876
bineqedi-rayonu-28-may-qesebe

28 May qəsəbəsi Binəqədi rayonunun inzibati ərazisinə daxil olan, rayon mərkəzindən 20 km uzaqlıqda və Abşeron yarımadasının qərbində yerləşən yeni yaşayış məntəqəsidir.

İndiki 28 May qəsəbəsinin bir hissəsi 90-cı illərdə Xocasən qəsəbəsinin inzibatı ərazisinə daxil olub.
Azərbaycan Respublikasının 21.05.2004-cü il tarixli 674-IIQ saylı Qanununa əsasən Bakı şəhəri, Binəqədi rayonunun inzibati ərazisində dəyişiklik edilib və 28 May qəsəbəsi Xocasən inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, həmin qəsəbə mərkəz olmaqla 28 May qəsəbə inzibati vahidi yaradılıb.
Qəsəbədə yaşayan əhalinin sayı 7011 nəfər, qeyri rəsmi (qeydiyyatsız yaşayan) 10000 nəfər təşkil edir. Milli tərkibə gəldikdə isə əhalinin 99 faizi azərbaycanlılardan, qalan hissəsi isə rus, tatar və müxtəlif azsaylı xalqlardan ibarətdir.
Qəsəbədə 329 saylı 120 yerlik uşaq bağçası, 306 saylı 507 şagird yerlik orta ümumtəhsil məktəbi fəaliyyət göstərir.
Binəqədi Rayon İcra Hakimiyyəti başçısının 28 May qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəlik 2004-cü ildən fəaliyyətə başlayıb, işçilərin sayı 4 nəfərdir.

Ünvan: 8-ci küçə, bina 2
Telefon: (012) 410-88-61

Əvvəlki məqaləBinəqədidə mağazadan 1250 manatlıq enerji içkisi oğurlanıb
Növbəti məqalədəBinəqədinin qabaqcıl təhsil ocağı – 244 nömrəli tam orta məktəb