Dünən axşam saat 22 radələrində Bakıda məktəbli faciəvi şəkildə vəfat edib.
Bineqedi.com saytı xəbər verir ki, “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Binəqədi rayonu 7-ci mikrorayon 1260-cı məhəllədə yerləşən “Piramida MTK”ya məxsus çoxmərtəbəli binada yaşayan 2011-ci il təvəllüdlü Sürəyya Rüfət qızı Əliyeva özünü 10-cu mərtəbədəki mənzilin eyvanından atıb.
O, aldığı xəsarətlərdən hadisə yerində vəfat edib.
Bildirilir ki, 12 yaşlı S.Əliyeva 244 saylı orta məktəbin 6-cı sinif şagirdi olub.
Faktla bağlı Binəqədi Rayon Prokurorluğunda araşdırma aparılır.
Ailədən isə bildirilib ki, ölüm bədbəxt hadisə nəticəsində baş verib.
Belə ki, uşaq eyvandan aşağı baxarkən müvazinətini itirərək yerə yıxılıb.
Bineqedi.com