Xəbər verildiyi kimi, Binəqədi Rayon İcra Hakimiyyətində yeni təyinat olub. Belə ki, Cahangir-zadə İskəndər Kamil oğlu Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müvafiq sərəncamı ilə Aparatın Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri vəzifəsinə keçirilib.
Bəs İskəndər Kamil oğlu Cahangir-zadə kimdir?
Bineqedi.com saytı onunla bağlı məlumatları təqdim edir.
İskəndər Kamil oğlu Cahangir-zadə 16 aprel 1990-cı ildə Bakı şəhərində anadan olub. Orta təhsilini Bakı şəhəri 164 saylı orta məktəbdə alıb, Azərbaycan Universitetində maliyyə ixtisası üzrə bakalavr dərəcəsi, Azərbaycan Dövlət İqtisad Universitetində maliyyə işi ixtisası üzrə mütəxəssislərin yenidənhazırlanması üzrə əlavə təhsil, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında Dövlət qulluğunun təşkili və idarə edilməsi üzrə magistr pilləsində, ABŞ-ın Corciya Dövlət Universitetində Tələbə Mübadiləsi Proqramı çərçivəsində BBA maliyyə ixtisası üzrə təhsil alıb.
Əmək fəaliyyətinə İqtisadi İnkişaf Nazirliyinin İqtisadi İslahatlar Elmi-Təhqiqat İnstitutunun Makroiqtisadi təhqiqatlar şöbəsinin mütəxəssisi kimi başlayıb, sonradan həmin şöbənin baş mütəxəssisi vəzifəsində işləyib. 20 fevral 2013-cü il tarixindən Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Aparatında müxtəlif vəzifələrdə – Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin aparıcı məsləhətçisi, İnformasiya təminatı və təhlil sektorunun müdiri, Binəqədi Rayon İcra Hakimiyyəti başçısının köməkçisi vəzifələrində, 30 sentyabr 2019-cu il tarixindən təyinat olunan günə qədər Aparatın Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri vəzifəsində çalışıb.
1-ci dərəcəli dövlət qulluqçusudur.
Ailəlidir, 2 övladı var.
Bineqedi.com