Binəqədidə 4 yaşlı uşaq manqalın altında qalıb öldü

0
142
Binəqədidə eyni evdə bacı və qardaş bıçaqlanıb

Bakıda 4 yaşlı uşaq bədbəxt hadisə nəticəsində ölüb.

Bineqedi.com xəbər verir ki, Binəqədi rayonunda 2019-cu il təvəllüdlü Rəhim Əlirza oğlu Səfərov ailə üzvlərinin yanında olan zaman yaşadığı evin həyətində manqalın üstünə çıxıb tut dərmək istəyib. Bu zaman manqal azyaşlının üzərinə aşıb.

Ağır xəsarət alan 4 yaşlı oğlan Kliniki Tibbi Mərkəzə çatdırılsa da, orada vəfat edib.

Bakıda kişi evində ölü tapılıb.

Binəqədi rayonu, Binəqədi qəsəbəsində yaşayan, 1989-cu il təvəllüdlü Xaqani Allahverdiyev yaşadığı evin tavanından asılı vəziyyətdə aşkarlanıb.

Onun intihar etdiyi ehtimal olunur.

Faktla bağlı araşdırma aparılır.

 

Əvvəlki məqaləNazirlərin iyun ayı üçün vətəndaş qəbulu cədvəli – Açıqlandı
Növbəti məqalədəBinəqədidə qaçaraq yolu keçmək istəyən uşaq qəzadan son anda qurtulub – VİDEO